
Rusiyanın Perm şəhərində universitetdə atışma olub.
Gununsesi.info-nun məlumatına görə, Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb.
Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara əsasən, hadisə zamanı azı 6 nəfər öldürülüb, 8 nəfər isə yaralanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb. Onun universitetin tələbəsi olduğu bildirilir.
Gununsesi.info