
İranın xarici işlər naziri Ermənistanın ölkəsindən silah alması ilə bağlı xəbərlərə münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, XİN başçısı Hüseyn Əmir-Abdullahian bu barədə İrəvanda jurnalistlərin suallarını cavablandırıb.
O deyib İranın bəzi ölkələrlə, eləcə də qonşu dövlətlərlə müdafiə sahəsində əməkdaşlığı mövcuddur.
Nazir, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsinə toxunub. O, Azərbaycanla Ermənistan arasındakı problemin sülh yolu və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini söyləyib.
Gununsesi.info