Güləşçimiz dünya çempionatının FİNALINDA

Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında finala çıxıb.

Gununsesi.info xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda moldovalı Vasili Diakonla qaşılaşıb.

Rəqibini minimal fərqlə (4:3) üstələyən Xadjimurad adını finala yazdırıb.

Azərbaycan təmsilçisi həlledici görüşdə iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşacaq.

Gununsesi.info