Ana məktəbli qızını son anda intihardan qurtardı - 8 - Cİ SİNİF ŞAGİRDİ VİDA MƏKTBUNDA NƏLƏR YAZIB?

  • By admin
  • 19 Oktyabr 2022 17:07

Gəncənin 13 saylı orta məktəbininin 8-ci sinif şagirdini anası son anda intihardan xilas edib.

Gununsesi.info-nun xəbərinə görə, məktəbin  Aysu adlı 8-ci sinif şagirdi yuxarı siniflərdə təhsil alan 3 məktəbli oğlanın şantajına məruz qaldığı üçün intihar etmək qərarına gəlib.

Goranboy Rayonunda yaşayan Aysu evlərinə gedərək, vida məktbu yazıb. Onun evdəki hərəkətlərindən şübhələn anası məktəblinin otağından vida məktubunu tapıb.

Həyətdəki tikiliyə daxil olan anası qızının boğazına kəndir keçirərək intihara hazırlaşdığının şahidi olub.

Övladını  intihardan xilas edən ana polisə  məlumat verib.

Məlum olub ki, Aysunun bu addımına səbəb onunla eyni məktəbdə təhsil alan yuxar sinif şagirdlərinin şantajı olub. Aysunun yazdığı vida məktubunda da bu barədə yazıldığı deyilir.

Gununsesi.info həmin şagirdlərin adlarını öyrənə bilib.

Əvvəllər də adam bıçaqlamaqla məsuliyyətə cəlb olunan 10-cu sinif şagirdi İsmayıl, Ümid və Niyazi adlı  uşaqlar polis tərəfindən araşdırmaya cəlb olunub.

Günay Təhməzova

Gununsesi.info