Blinken Paşinyanla Praqa görüşündən DANIŞDI

Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Tərəflər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Paşinyan və Blinken oktyabrın 6-da Praqada baş dördtərəfli görüşünün nəticələrinə toxunublar.

Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü barədə məlumat verib.

Blinken ABŞ-ın danışıqlar prosesinə, Cənubi Qafqazda sülh və sabitliyə töhfə verməyə hazır olduğunu bildirib.

Gununsesi.info