Ərdoğan hicab məsələsinin referenduma çıxarılmasını təklif etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qadınların hicab taxmaq hüququnun ölkə konstitusiyasında təsbit edilməsi məsələsini ümumxalq səsverməsinə çıxarmağı təklif edib.

Bu barədə Gununsesi.info Türkiyə KİV-nə istinadla xəbər verir.

“Gəlin bu məsələni referenduma çıxaraq. Qoy xalq qərar versin”, – Türkiyə lideri bildirib.

O, qanun layihəsini baxılmaq üçün ölkə parlamentinə təqdim etmək istəyir.

Bundan əvvəl Türkiyə lideri Türkiyənin əsas qanununa dəyişikliklərin hazırlanmasını təklif edib: yeniliklər qadınların müsəlman atributlarını geyinmək hüququnu təmin edəcək.

Gununsesi.info