Mövlud Çavuşoğlu sabah İraqa səfər edəcək

Mövlud Çavuşoğlu sabah İraqa səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Cavad Zərif arasında telefon söhbəti olub.

Gununsesi.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, telefon söhbətində regionda yaşanan vəziyyət müzakirə olunub. M. Çavuşoğlu bu gün Ukraynanın Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanındakı sərnişin təyyarəsində baş verən faciəli qəzada ölənlərlə bağlı başsağlığı verib.

M. Çavuşoğlu bu gün telefonda Ukraynanın xarici işlər naziri Vadim Pristaykona da başsağlığı verib.

Qeyd edək ki, CNN-Türk televiziyası M. Çavuşoğlunun sabah İraqa səfər edəcəyini bildirib. Səfərin məqsədi regiondakı gərginliklə əlaqədar müzakirələr aparmaqdır.

Gununsesi.org

COMMENTS