Dekabrın 20-də Sankt-Peterburqda Avrasiya İttifaqı İqtisadi Şurasının (AİİŞ) qeyri-formal sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.
Gununsesi.org xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Moskva-Baku” nəşri xəbər verib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin AİİŞ-ə daxil olmayan MDB ölkələrinin liderlərini qeyri-formal sammitə hələ oktyabr ayında dəvət etmişdi.
Mənbə onu da qeyd edir ki, sammit çərçivəsində Sankt-Peterburqda İlham Əliyevlə Vladimir Putinin görüşü baş tutacaq.
COMMENTS