“Mən parlament seçkilərində iştirak etməyə bilmərəm”.
Gununsesi.org xəbər verir ki, bu fikirləri “Parlament seçkilərinə qatılacaqsınızmı?” sualını cavablandırarkən müğənni Elza Seyidcahan Modern-az saytına açıqlamasında səsləndirib. O, açıqlamasını belə davam etdirib:
“Çünki Elza Seyidcahanı xalq sevir, Elza Seyidcahan da xalqı sevir. Kim xalqı sevirsə, o prezidenti sevir”.
Müğənni sənədlərini Dairə Seçki Komissiyasına təqdim edib-etmədiyi barədə sualı isə cavabsız qoyub:
“Tezliklə hər şeyi biləcəksiniz”.
Saytın əməkdaşı 54 saylı Şabran-Siyəzən seçki dairəsi ilə əlaqə yaradaraq Elza Seyidcahanın namizədliyini irəli sürüb-sürmədiyini aydınlaşdırıb.
Məsələ ilə bağlı Dairə Seçki Komissiyasının sədri Saleh Təhməzov bildirib ki, hazırda seçki dairəsində 27 nəfərin namizədliyi təsdiq olunub:
“Onlardan 11 nəfəri imza vərəqlərini qaytarıblar,1 nəfər isə qeydiyyata alınıb. Elza Nuru qızı Qasımova (Seyidcahan) da namizədliyini irəli sürüb. Elza xanım da imza vərəqələrini təqdim edib. Bu gün-sabah sənədlərinə baxıb namizədliyini qeydə alacağıq”.
COMMENTS