
Ermənistanla İran arasında yük daşımaları üçün alternativ yoldan istifadə olunur.
Gununsesi.info xəbər verir ki, İran Gorus-Qafan yolunun bağlanması səbəbilə yaranmış vəziyyətin Ermənistan tərəfindən tezliklə həll olunmağını istəyir.
“İran yük maşınları Mehri yaxınlığında sərbəst şəkildə Ermənistanla sərhədi keçir, amma əsas problem bundan sonra başlayır – İrəvana gedərkən. İndi nəqliyyat yoldan çıxır, amma bu yol iri yük maşınlarının hərəkəti üçün yararsızdır. İndi Ermənistanda problemi həll etməyə çalışırlar”,- deyə İran İqtisadiyyat naziri Fərhad Dejpəsənd yollarındakı vəziyyət barədə danışarkən bildirib.
Qeyd edək ki, artıq bir neçə gündür Zəngəzurdan keçən Gorus-Qafan yolu Azərbaycan hərbçiləri tərəfindən bağlanıb.