
İranda 4,8 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 11-də İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Fin rayonunda, 21 km dərinlikdə qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Gununsesi.info