
İranın Fars əyalətinin mərkəzi Şiraz şəhərində polis generalı Kuruş Bazyar güllələnərək öldürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Generalın bu gün səhər saatlarında qaçaqmalçılarla silahlı qarşıdurma zamanı həlak olduğu bildirilib.
Qaçaqmalçıların kimliyi və saxlanılıb-saxlanılmamaları barədə açıqlama verilməyib.
Gununsesi.info