Tehranda Milad bayramı ilə əlaqəli əşyalar satan mağazanın fonunda, xüsusilə “Santa Klaus”la şəkil çəkdirməyə qadağa qoyulub.
Gununsesi.info xəbər verir ki, bu barədə yerli KİV-də “Şəkil çəkdirmək qadağandır!” cümləsinin əks olunduğu foto da yayılıb.
Qeyd edilir ki, “Halloween”, Milad və Yeni illə bağlı əşyaları satanlarla mübarizə aparılır. Bu səbəbdən bir sıra mağazalar bağlanıb.













