Ceff Bezosdan ABŞ-dakı etirazlara dəstək

Ceff Bezosdan ABŞ-dakı etirazlara dəstək

ABŞ-da qaradərili Corc Floydun öldürülməsindən sonra dünyada “Qaradərililərin həyatları vacibdir” hərəkatına dəstək getdikcə böyüməyə başlayıb. Dünyanın ən böyük pərakəndə satış şirkəti “Amazon” da bu şüardan istifadə edərək dəstəyini göstərib.
Gununsesi.org xəbər verir ki, qaradərililərin başlatdığı etirazları dəstəklədiyi üçün bir müştərisi tərəfindən tənqid olunan şirkətin icraçı direktoru və dünyanın ən zəngin adamı olan Ceff Bezos etirazları dəstəkləməyə davam edəcəyini söyləyib.
 
Ceff Bezos sosial media hesabında “Polisin ölümcül davranışları qarşısında başlayan etirazları dəstəklədiyimi və fikrimin dəyişməyəcəyini bilməyinizi istəyirəm” şəklində fikirlər səsləndirib.
Gununsesi.org

COMMENTS