
Artıq 10 gün oldu. Hələ də anlaya bilmirəm?
Anarı sanki təhlükəli cinayətkar imiş kimi bayram günü tələm-tələsik həbs etdilər.
Anara salam vermiş kim varsa dövlət qurumlarına dəvət edib statusuna uyğun söhbət edirlər. Amma şikayət ərizəsinə qol çəkdirilmişlər də ilk fürsətdə şikayəti geri götürürlər.
Bu torbanı Anara tikən şəxs gecə-gündüz Anarın dostlarını dilə tutur, vədlər verir. Elə bilir, hamı nadürüstdür.
Vəkili, ölkənin bilinən hüquqşünasları işdə cinayət tərkibini BİRMƏNALI RƏDD EDİRLƏR!
Anlaya bilmirəm!
Anar heç kəsə söymürdü.
Anar konstruktiv, müsbət enerji dolu fəaliyyət aparırdı.
Anar mitinq çağırmayıb, qonşu ölkələrə satılmayıb.
Bizim heç bir sponsorumuz yoxdur. Tədbirləri pul atışaraq öz hesabımıza keçiririk. Kimin kiməsə borclu qalması əlbəttə mümkündür.
Cinayət tərkibi olmayan qurama iş ilə abırlı siyasət aparmağa çalışan birini də həbs edirlərsə, bu ölkədə başqa necə siyasət aparmaq olar görəsən?!
Vasif İsmayıl
AY Partiya sədrinin müavini