“İnsanların arıqlaya bilməməsinin əsas səbəbi gündəlik həyat tərzindəki səhvlərlə bağlıdır”.
Bunu Gununsesi.info-ya açıqlamasında dietoloq Validə Şıxıyeva deyib:
“Ən çox rast gəlinən hal yeməyin normadan çox qəbul edilməsidir. Bir çox insan bədəninin ehtiyacından artıq qida qəbul edir.
Hərəkətin az olması çəkinin azalmasına mane olur. Gün ərzində uzun müddət oturaq vəziyyətdə qalmaq bədən fəaliyyətini zəiflədir”.
O qeyd edib ki, gec saatlarda yemək yemək çəkinin artmasına səbəb olur:
“Şirin və unlu qidalara üstünlük verilməsi sağlamlığı zəiflədir. Yuxu rejiminin düzgün olmaması bədənin tarazlığını pozur.
Düzənsiz qidalanma vərdişi nəticələrin gec görünməsinə gətirib çıxarır.
Bəzi insanlar gün ərzində kifayət qədər su qəbul etmir. Bu da bədənin təbii fəaliyyətinə mənfi təsir göstərir”.
Dietoloq əlavə edib ki, hərəkətsiz həyat tərzi bədəndə yığılan artıqlığın azalmasını çətinləşdirir:
“Davamlı olmayan sağlam vərdişlər uzunmüddətli nəticə vermir. İnsanlar çox vaxt qısa müddətdə dəyişiklik gözləyir.
Düzgün rejim və sabit vərdişlər olmadan arıqlamaq çox çətin olur”.
Firuzə












