Ötən gecə vəfat edən həkim-radioloq Asif Nəsirli dəfn edilib.
Gununsesi.info xəbər verir ki, Asif Nəsirli Göyçay rayonunda torpağa tapşırılıb.
Qeyd edək ki, Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli ötən gecə vəfat edib.
Xatırladaq ki, 1988-ci il təvəllüdlü Mübariz Əliyev qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni MOM-un Radiologiya şöbəsində partladıb. Hadisə nəticəsində M.Əliyev vəfat edib, həkim A.Nəsirli isə ağır xəsarət almışdı.











