Generalın oğlu vəzifədən çıxarılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) növbəti kadr dəyişikliyi baş tutub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Əmrə əsasən, AAYDA-nın Söküntülər şöbəsinin rəisi Cavidan Həsənov vəzifəsindən azad edilib.

Qeyd edək ki, C.Həsənov Penitensiar xidmətin sabiq rəisi, general-leytenant Ceyhun Həsənovun oğludur.

“Unikal”

Gununsesi.info