İnam Kərimov and içdi

Bu gün Ali Məhkəmənin Plenumunun iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, iclasda İnam Kərimovun Ali Məhkəmənin hakimi vəzifəsinə təyinatı ilə əlaqədar andiçmə mərasimi keçirilib.

HTML tutorial

Plenum iclasında İnam Kərimov “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib.

Gununsesi.info