İspaniyada 5 futbolçuda koronavirus aşkarlandı

İspaniyada 5 futbolçuda koronavirus aşkarlandı

İspaniya La Liqasında və Sequndasında komandaların futbolçuları, məşqçiləri və əməkdaşlarından götürülən koronavirus testlərinin nəticələri açıqlanıb.

Gununsesi.org-un “RAC1″ə istinadən məlumatına görə, analizlərdən sonra ümumilikdə 5 oyunçuda infeksiya aşkarlanıb.

Futbolçuların adları açıqlanmasa da, onların üçünün La Liqa, digər ikisinin isə II liqada çıxış etdikləri bildirilib.

Virusa yoluxan oyunçuların 14 günlük karantinə alındıqları qeyd olunub.

 

 

Gununsesi.org

COMMENTS