İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırdı

İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırdı

Ölkə başçısı İlham Əliyev Kürdəmir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Gununsesi.org xəbər verir ki, sərəncama əsasən, Kürdəmir şəhərində 5 nömrəli şəhər tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.

Gununsesi.org

COMMENTS