
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb, son sutka ərzində 220 nəfər ölüb.
Gunusesi.info–nun yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda koronavirus testindən keçənlərin sayı 200 mini keçib.
Test edilən 206 202 nəfərdən 5918 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyənlərlə birlikdə 30 424 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Ağır xəstə sayı 5943 olub.