Etirazçılar yolda Paşinyana və arvadına hücum etdilər – VİDEO

  • By arzu
  • 10 Dekabr 2020 18:49

Ermənistan baş naziri Nikol Paşinyan hökumət iclasına gedərkən etirazçıların hücumuna məruz qalıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Aysor.am xəbər yayır.

Bildirilir ki, növbəti etiraz aksiyası zamanı gənc fəallar şüarlar səsləndirərək Paşinyanın hökumət ərazisinə girdiyi anda avtomobil karvanına yumurta atıblar.

Nəşr hadisənin videosunu yayımlayıb.

 

Gununsesi.org