ABŞ və Britaniya orduları Yəmənə zərbələr endirib

  • By ilhame
  • 02 Fevral 2024 19:01

ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri Yəməndə husilərin obyektlərinə azı 4 zərbə endirib.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

 

Onun sözlərinə görə, Qırmızı dəniz sahilindən təxminən 100 km aralıda yerləşən bölgə hücuma məruz qalıb.

 

İtki və dağıntılar barədə məlumat verilmir.

Gununsesi.info