
Dövlət Gömrük Komitəsinin mətbuat xidmədi Cənub Ərazi Baş Gömrük İdarəsində əməliyyat keçirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Qaynarinfo-ya Dövlət Gömrük Komitəsindən bildirilib ki, aidiyyəti struktur bölmələri tərəfindən Komitənin tabeli qurumunda müvafiq yoxlama həyata keçirilib.
Qaynarinfo-nun əldə etdiyi digər məlumata görə, “Azərterminalkompleks” Birliyinin direktor müavini, daxili xidmət polkovniki Məsumov Hüseyn Möhsün oğlu təqaüdə göndərilib.