
Hindiustanın Uttar Pradeş ştatının Muradnaqar şəhərində dəfn mərasiminə gəlmiş iyirmi iki nəfər krematoriyanın damının uçması nəticəsində həlak olub.
Bu barədə NDTV telekanalı məlumat yayıb.
Qeyd edilir ki, dağıntıların altında onlarla insan qalıb, xilasedici əməliyyat zamanı 38 insanı uçqunların altından çıxarmaq mümkün olub.
Yerli polislər, təbii fəlakətlərlə əlaqədar milli qüvvələrin əməkdaşları və yanğınsöndürənlər uçqunların altında insanların qala biləcəyini güman edərək dağıntıları sökməyə davam edirlər.
Zərərçəkənlər yerli dövlət xəstəxanasına çatdırılıb və onlara yardım göstərilib.
Gununsesi.info