Ermənistanda yüksək vəzifəli şəxs müxalifətin mitinqinə qoşuldu

Ermənistan polisinin patrul və qarovul xidməti (“qırmızı beretlilər”) xüsusi tabor komandirinin müavini Xaçatur Tovmasyan istefa verib.

Gununsesi.info xəbər verir ki, onun istefaya dair açıqlamasını müxalifətin mitinqi zamanı “Daşnaksütyun” partiyasının nümayəndəsi Geqam Manukyan oxuyub.

X.Tovmasyan istefa məktubunda bildirib ki, bəşəri və mənəvi dəyərlər onun üçün vacibdir və hiyləgər, özünə hörmət etməyən bir hökumətə, məsuliyyətsiz insanlara xidmət etmək istəmir.

O, həmçinin xalqa qoşulduğunu və həmkarlarını ondan nümunə götürməyə çağırdığını ifadə edib.

Gununsesi.info