Ərdoğan Qarabağa görə CHP-ni tənqid etdi

Qarabağda 30 ilə yaxındır davam edən işğalçılıq siyasətinin başa çatmasına töhfə verdik.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri Cümhuriyyət Xalq Partiyasının (CHP) məsələ ilə bağlı mövqeyini tənqid edib:

“Xarici siyasətləri “Kamalist Türkiyədən faşist İtaliyaya salam” göndərməkdən ibarət olanlardan bu hissi anlamalarını gözləmirik. Boraltan faciəsini törədənlərin Qarabağdakı zəfərin həyəcanını hiss etməkdə çətinlik çəkdiklərini bilirik”.

Gununsesi.info