Bakıda liftdə qalan 7 nəfər xilas olunub.
Gununsesi.org xəbər verir ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.
Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 5-i azyaşlı olmaqla 7 nəfərin liftdən çıxarılması təmin edilib.
COMMENTS