ABŞ-ın göstərişi ilə İran generalı Qasım Süleymaninin İraqda öldürülməsindən sonra Yaxın Şərqdə stabilliyin pozulması neftin qiymətinə də təsir edib.
Gununsesi.org “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bölgədə baş verən qarışılıq və İraqa edilən silahlı hücumlar neftin istehsalında 5 % azalmaya səbəb olub. Bunun nəticəsində dünya bazarında neftin qiyməti 4 faiz bahalaşaraq 70 dollara çatıb.
Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. İranın ali dini lideri Ayətullah Əli Xamenei Q.Süleymaninin öldürülməsinə görə qisas alacaqlarını söz verib. ABŞ silahlı qüvvələri yüksək döyüş hazırlığına gətirilib.
COMMENTS