
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri davam edir.
Gununsesi.info xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil edilən yarışda bu gün pley-off və yarımfinal oyunları keçiriləcək.
A qrupunu 3-cü pillədə başa vuran Azərbaycan millisi yarımfinala yüksəlmək uğrunda Fransa ilə qarşılaşacaq. Digər cütlükdə isə Çexiya və Ukrayna üz-üzə gələcəklər.
Bu cütlərin qalibləri axşam saatlarında yarımfinal mərhələsində müvafiq olaraq Serbiya və Qazaxıstanla üz-üzə gələcəklər.
Pley-off
1. 11:00. Fransa – Azərbaycan
2. 12:30. Çexiya – Ukrayna
Yarımfinal
20:00. Serbiya – 1-ci cütün qalibi
21:30. Qazaxıstan – 2-ci cütün qalibi
Gununsesi.info