Hava şəraiti ilə bağlı nazirlikdən AÇIQLAMA

Yaxın günlərdə müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunur.

Havanın temperaturu iqlim normasından 2.0° yüksəkdir. Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında, bölgələrdə hava şəraitinin sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 17-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 15-20° isti, bəzi rayonlarda 20-25° isti, dağlarda isə 8-13° isti olacaq. Mülayim cənub küləyi aprelin 18-19-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gununsesi.info