
Amerika generalı ABŞ kəşfiyyatının əsas yanlışlıqlarını açıqlayıb
ABŞ Rusiyanın imkanlarını həddən artıq şişirdib, Ukrayna ordusunun müdafiə olunmaq qabiliyyətini isə lazımınca qiymətləndirməyib.
Bunun günahı kəşfiyyatda buraxılan səhvlər ola bilərdi.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ və NATO- nun Avropadakı qoşunlarının komandanı general Tod Uolters bəyan edib, məlumatı “CNN” telekanalı yayıb.
O, qeyd edib ki, müharibədən sonra Amerika kəşfyyatındakı zəif yerləri təhlil etmək lazım gələcək.
Martın 29- da Senatın silahlı qüvvələr üzrə komitəsindəki dinləmələrdə çıxış edən Uoltersin sözlərinə görə, ABŞ kəşfiyyatı güman edib ki, Kiyevə genişmiqyaslı hücumun baş verəcəyi tədqirdə onu bir neçə günə zəbt edə biləcəklər. Lakin bu, baş vermədi, Rusiya hərbçiləri Kiyev ətrafında texnika, logistika problemlərindən, habelə “Ukrayna hərbçilərinin gözlənilməz sərt müqaviməti” səbəbindən ilişib qalıb.
General əlavə edib ki, Amerika kəşfiyyatı Rusiyanın nə zaman müdaxilə edəcəyini dəqiq müəyyən edib, amma müharibənin gedişinin proqnozunda yanılıb.
ABŞ müdafiə nazirliyinin kəşfiyyat idarəsinin rəhbəri general- leytenant Skott Berriyer Uolterslə razılaşıb. O, qeyd edib ki, Amerika kəşfiyyatının Rusiyanın Ukraynaya müdaxilədən öncə dəyərləndirməsi ona əsaslanıb ki, ukraynalılar müharibəyə hazır deyil.
“Şəxsən mən onların döyüş iradəsini şübhə altına alırdım. Bu, tərəfimdən düzgün qiymətləndirmə deyildi, çünki ukraynalılar cəsurcasına, ləyaqətlə döyüşür və səhvlərə yol vermir”, – Berriyer bəyan edib.
“Bu böhran bitəcək, biz, həmişə olduğu kimi, bütün sahələrdə və bütün işlərimizdə hərtərəfli təhlil aparıb zəif yerlərimizi aydınlaşdıracaq və ümid edirəm ki, onların aradan qaldırılması üsullarını tapa biləcəyik”, – general sözlərinə yekun vurub.
Gununsesi.info