Bakıda və Sumqayıtda intihar hadisəsi baş verib

  • By Mina
  • 05 Aprel 2024 10:15

Bakıda 32 yaşlı kişi evində asılı vəziyyətdə aşkar edilib.

 

Gununsesi.info xəbər verir ki, Hövsan qəsəbəsi, Hövsan kənd sakini 1992-ci il təvəllüdlü kişi yaşadığı evin həyətində olan talvardan özünü asaraq intihar edib.

 

Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.

 

Bundan başqa Sumqayıt şəhəri, Şirvan Yaşayış massivi ərazisində fərdi evində yaşayan 1996-cı il təvəllüdlü Şirəliyev Elşən Mustafa oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib.

 

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.info