Hakimiyyətin AXCP-yə münasibəti dəyişib?

  • By admin
  • 03 Aprel 2023 14:26

Bakı Şəhər İcra Hakimiyyətinin  Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin keçirilməsi üçün yer ayırması  sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Belə ki, REAL  Partiyası və AĞ Partiyanın fəalları  Xalq Cəbhəsinə hakimiyyətin tədbiri üçün yer ayırmasını bu təşkilata olan münasibəti ilə əlaqələndirib.

HTML tutorial

Sosial şəbəkələrdə qeyd olunur ki, bununla da AXCP fəallarının öz partiyalarının  hakimiyyətin repressiyalarına məruz qalması barədə yaratdığı fikir yanlışdır.

 Gununsesi.info-nun bu iddialarla bağlı soğrusuna AXCP katibliyindən cavab verilib.

AXCP Ali Məclisinin Katibliyindən bildiriblər ki, hökumət son dövrlər dünyada və regionda baş verən hadisələri, o cümlədən yeni “Siyasi partiyalar haqqında” qanun ətrafında yaranmış ajiotajı nəzərə alıb: “Bununla belə qərərgahdan məhrum edib strukturlarını dağıtdıqlarını iddia etdikləri partiyanın ölkədə geniş müzakirələrə səbəb olan toplantısını gözdən salmaq üçün troll hücümlarından başqa heç bir imkanları qalmayıb”.

 

Afət Abbasova