
Hacıqabulda yol qəzası zamanı dörd nəfər xəsarət alıb.
Gununsesi.info-nun Aran bürosunun məlumatına görə, hadisə rayonun Udullu kəndində qeydə alınıb.
Belə ki, “Jiquli” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində Hacıqabul rayon sakinləri, 1965-ci il təvəllüdlü Ağayev Sahib Həsən oğlu, 1975-ci il təvəllüdlü Yaqubova Könül Canəli qızı, 2006-cı il təvəllüdlü Hacıəliyeva Leyla Mürkəli qızı və 1979-cu il təvəllüdlü Hacıəliyev Mürkəli Əsgəralı oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info