
Mərhum ilahiyyatçı alim Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları haker hücumlarına məruz qalıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Hacı Şahinin səhifəsini idarə edən komanda(admin) məlumat yayıb.
“Artıq “Youtube” kanalımız hakerlər tərəfindən ələ keçirilib. Hazırda hücumların zərərsizləşdirilməsi istiqamətində işlər aparılır. Tezliklə ictimaiyyətə məlumat veriləcək” – məlumatda qeyd olunur.
Gununsesi.info