
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Gununsesi.info xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində üçqat Avropa çempionu Stalvira Orşuşla (Rusiya) üz-üzə gəlib.
Rəqibinə 11:7 hesabı ilə qalib gələn Mariya Stadnik adını 1/4 finala yazdırıb. O, növbəti mərhələdə Sarra Hamdi (Tunis) ilə qarşılaşacaq.
Gununsesi.info