Hərəkətlərinə görə tənqid edilən yeniyetmə məşhur şəxsin nəvəsi imiş -Video / FOTO

Xəbər verdiyimiz kimi, “TikTok”da “Jalilov” adı ilə məşhurlaşmış şəxsin yaşlı qadına qarşı hərəkəti müzakirələrə səbəb olub. DİN-dən verilən açıqlamaya görə, həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək.Gununsesi.info bildirir ki, sosial şəbəkələrdə yayılan xəbərlərə görə “Jalilov” Azərbaycan tanınmış dövlət və siyasi xadimi, vaxtilə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmış Afiyəddin Cəlilovun nəvəsidir.