
Rusiyanın Mərkəzi Seçki Komissiyası Vladimir Putini prezident seçkilərində namizəd kimi qeydə alıb.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya MSK-nın sədri Ella Pamfilova açıqlayıb.
Onun sözlərinə komissiya bu barədə qərarı yekdilliklə qəbul edib.
Qeyd edək ki, V.Putin seçkilərdə namizədliyi qeydə alınan 4-cü namizəd olub. Bundan əvvəl Rusiya MSK Leonid Slutski, Vladislav Davankov və Nikolay Xaritanovun namizədliyini qeydə alıb.
Onu da xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-nə qədər keçiriləcək.
Gununsesi.info