Həmin ərazidə parklanmada tariflər müəyyənləşdi - Foto

Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillər üçün parkinq tarifləri müəyyənləşib.

 

Gununsesi.info xəbər verir ki, qiymətlər parklanma müddətinə əsasən müəyyən ediləcək.

 

Parklanma qiymətləri aşağıdakı kimidir:

İlk 15 dəqiqə pulsuzdur.

15-30 dəqiqə – 1 manat,

30-60 dəqiqə – 2 manat,

1-2 saat – 4 manat,

2-3 saat – 6 manat,

3-5 saat – 10 manat,

5-7 saat – 14 manat,

7-10 saat – 18 manat,

10-15 saat – 22 manat,

15-20 saat – 26 manat,

20-24 saat – 30 manat.

Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.

Xatırladaq ki, martın 11-i Nəqliyyatı Əlaqələndirmə Şurası paytaxtın əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Belə ki, martın 12-dən bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.