Göyçayda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

  • By ilhame
  • 25 Mart 2024 21:37

Göyçayda ağır yol qəzası baş verib.

 

Gununsesi.info-nun xəbərinə görə, hadisə Yekəxana kəndində qeydə alınıb.

 

Belə ki, “VAZ-2107” markalı avtomobillə Qəbələ rayon sakini Əhmədli Emin Elşad oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomaşın toqquşub. Qəza zamanı “Chevrolet” yoldan çıxaraq aşıb. Hadisə nəticəsində iki nəfər müxtəlif xəsarətlər alıb.

 

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info