
İsraillə HƏMAS arasında müvəqqəti atəşkəsin daha iki gün uzadılmasından sonra HƏMAS daha 10 girovu Qırmızı Xaç rəsmilərinə təhvil verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi açıqlama yayıb.
İsrailin də bu gecə 15-i uşaq, 15-i qadın olmaqla ümumilikdə 30 fələstinlini azad edəcəyi gözlənilir.
Qeyd edək ki, İsraillə HƏMAS arasında 24 noyabrdan atəşkəs elan edilib.
Gununsesi.info