Evlərinə qayıtmaq istəyən qəzzalılara atəş açıldı – VİDEO

İsrailin Qəzzaya hücumlarını 4 gündür dayandırması gözlənilən humanitar atəşkəs başlayıb.

Gununsesi.info xəbər verir ki, İsrailin Qəzzanın cənubundan şimalına qayıtmaq istəyən fələstinlilərə atəş açması nəticəsində atəşkəsin ilk saatlarında 1 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

İsrailin blokadası altında olan Qəzza zolağındakı bombardmanlardan xilas olmaq məcburiyyətində qalan yüz minlərlə fələstinli humanitar atəşkəsin başlaması ilə bölgənin cənub və orta bölgələrindəki evlərini görmək üçün yola düşüb.

Dörd günlük humanitar atəşkəsin başlaması ilə yanacaq və yardım yüklü yük maşınları Misirdən Qəzza zolağına daxil olmağa başlayıb. Yük maşınları Qəzza zolağındakı Rəfah Sərhəd Qapısından keçib.

Gununsesi.info