“BP” Azərbaycan büdcəsinə nə qədər vəsait ödəyir?
Gununsesi.org-un məlumatına görə, bunu deputat Tahir Kərimli Milli Məclisin iclasında büdcə müzakirələri zamanı deyib. O deyib ki, BP və digər beynəlxalq təşkilatların büdcəyə nə qədər vəsait ödəyəcəyi araşdırılmalıdır.
“Mən bilmək istəyirəm ki, “BP” Azərbaycan büdcəsinə nə qədər vəsait ödəyir? Şəxsən mənim bu haqda məlumatım yoxdur. Hansı ki, uzun illərdir Azərbaycana iqtisadiyyatından bəhrələnirlər. İqtisadiyyat Nazirliyi bu məsələləri təhlil etməlidir”.
Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Tahir Kərimli həmçinin hərbi büdcənin azaldılmasına da etiraz edib.
“Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə kimi 1,1 milyard azalıb? Bəlkə, Qarabağ müharibəsini udmuşuq, ya torpaqları almışıq?! Müdafiə məsələlərində çox diqqətli olmalıyıq”.
T.Kərimli təklif edib ki, ölkədə Azərbaycan dili ilə bağlı elmi tədqiqat institutları yaradılmalıdır.
Daha sonra T. Kərimli təmsil edildiyi rayonun yol problemini qaldırıb. “Ağsu rayonuna on illərdir bir avtobus, yük maşını girib- çıxa bilmir. Bu məsələləri qurtarmaq lazımdır. Gəlin cehizini daşımaq üçün 20 km-lik yola görə 150 km yol gedilməlidir. İki kənd var ki illərdir deyirik ki, yol çəkilmir? Bunu artıq həll etmək lazımdır”, – deyə deputat qeyd edib. / Etikxeber.az
COMMENTS