Gürcüstanda virus mənzərəsi

Gürcüstanda son sutkada koronavirusa 17 265 yeni yoluxma halı təsdiqlənib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkə hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 162 773-ə çatıb.

Son bir gündə müalicə olunaraq sağalanların sayı 5 947 nəfər artaraq 1 001 275-ə, ölənlərin sayı isə 34 nəfər artaraq 14 945-ə yüksəlib.

Gununsesi.info