
“Mahir Emreli maraqlandığımız futbolçulardan biridir”.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin “Başakşehir” klubunun baş məşqçisi Emre Belözoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib.
“Onun transferi ilə klubun vitse-prezidenti Mustafa Eröğüt məşğul olur”, – o qeyd edib.
Qeyd edək ki, “Legiya”dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Millimizin hücumçusu varşavalı azarkeşlərlə məlum insidentdən sonra bu komandaya qayıtmaq istəmir.
Gununsesi.info