
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlament sistemində islahatlar etməyi düşündüyünü bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, bu gün yerli mətbuata müsahibəsində danışıb.
“Ölkəmizdə parlament sistemində və təbii ki, partiya sistemində islahatlar aparmaq barədə ciddi düşünürəm. Bunu yanvarın 28-də partiyanın qurultayında da dedim, hesab edirəm ki, bütün ictimai-partiya və siyasi strukturlardan bir qədər yüksəkdə dayanmalıyam. Müxtəlif ictimai-siyasi qüvvələri dövlətimizin maraqlarının diktə edəcəyi mövqeləri baxımından ortaq məxrəcə gətirmək üçün bir növ maqnit rolunu oynamalıyam”, – deyə Qazaxıstan prezidenti qeyd edib.
Gununsesi.info