Türkiyədə polislər qəzaya düşdü: Çoxlu YARALI VAR

Türkiyənin İstanbul şəhərində polisləri aparan mikroavtobus aşıb.

Gununsesi.info xəbər verir ki, qəza nəticəsində 14 polis əməkdaşı xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Məlumata görə, qəza İstanbulun Çatalca-Arnavutköy rayonları arasında, İstanbul hava limanı istiqamətində baş verib. Yaralılar bölgədəki xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info