ABŞ və Rusiya səfirliklərini partlatmaq istəyən şəxs saxlanıldı

Ermənistan polisi daha əvvəl İrəvanda Rusiya və ABŞ səfirliklərinin binalarını partlatmaqla hədələyən bir şəxsi saxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan hüquq-mühafizə orqanının mətbuat xidməti məlumat yayıb.

“Yanvarın 25-də saat 16:50 radələrində polisə vətəndaşın Rusiya və ABŞ səfirliklərini partlatmaqla hədələməsi barədə siqnal daxil olub. Polis bu şəxsin kimliyini dəqiqləşdirib, növbəti gün polis bölməsinə aparılıb”, – məlumatda deyilir.

Gununsesi.info